13 
May
2019
16:47
112
29
5817
Virtual karabakh

Bakı finalını idarə edəcək hakimlər açıqlandı

13 May, 2019
16:47
5817

Bakı finalını idarə edəcək hakimlər açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Arsenal” və “Çelsi” arasında keçiriləcək Avropa Liqasının final oyununun hakimləri bəlli olub.

Oxu.Az-ın xəbərinə görə, qarşılaşmanı italiyalı referi Canluka Rokki idarə edəcək.

48 yaşlı italiyalı 2008-ci ildən beynəlxalq oyunları idarə edir.

Yan hakimlər Filippo Meli və Lorenso Mnaqanelli, ehtiyat hakim – Daniele Orsato, videoköməkçi hakim isə Massimiliano İrratidir (hamısı İtaliya).

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri