15 
May
2019
11:06
17
168
5755
Virtual karabakh

“Avroliqa”nın bilet satışından əldə olunan gəlir hansı quruma veriləcək?

15 May, 2019
11:06
5755

“Avroliqa”nın bilet satışından əldə olunan gəlir hansı quruma veriləcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqasının final oyununa görə bilet satışından əldə olunan gəlir UEFA-ya gedəcək.

Oxu.Az xəbər verir ki, bunu AFFA-nın Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən “Futbol və Biznes” sammitində deyib.

O bildirib ki, Bakı finala ev sahibliyi üçün bir sıra şəhərlərlə rəqabət aparıb. Azərbaycan dövlətinin dəstəyi və təmin etdiyi şərtlər sayəsində bu hüquq Bakıya verilib. 

Piriyev Avropa Liqasının final matçı üçün bilet satışından əldə olunacaq məbləğin yalnız UEFA-nın büdcəsinə gedəcəyini də bildirib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri