17 
May
2019
17:58
29
181
6716
Virtual karabakh

Həbs edilmiş sabiq klub prezidentinə vəzifə verildi

17 May, 2019
17:58
6716

Həbs edilmiş sabiq klub prezidentinə vəzifə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Voleybol Federasiyasının Prezidenti Cavid Qurbanov və AVF rəyasət heyətinin qərarı ilə qurumun baş katibi Elşən İsmayılov vəzifəsindən azad edilib. 

Oxu.Az-a verilən xəbərə görə, bu posta Cəlil Cəfərov təyin olunub.

“Rabitə” və “Telekom” klublarının sabiq prezidentinin Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifəsinə seçilməsi ölkəmizdə voleybol idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab edilib. Cəlil Cəfərov Azərbaycan voleybolsevərlərinə tanış simadır. 

O, “Rabitə” komandası ilə səkkiz dəfə Azərbaycan çempionu olmaqla yanaşı, bu kluba Çempionlar Liqasının, CEV kubokunun, həmçinin, klublararası dünya çempionatının qızıl və gümüş medallarını qazandırıb. Bununla yanaşı, “Telekom” komandası da Azərbaycan Super Liqasında öz sözünü deyib və milli komandamızın heyətinin genişləndirilməsinə öz töhfələrini verib.

Onu da bildirək ki, Cəlil Cəfərov “AzİnTelekom” MMC-nin (keçmiş Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi) baş direktoru olub. O, 2015-ci ilin sonlarında “Rabitə işi” ilə əlaqədar olaraq həbs edilib.

2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsi ona 5 il 5 ay hökm oxuyub. Onun barəsində şərti cəza təyin olunub. C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri