20 
May
2019
05:21
608
14
4599
Virtual karabakh

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı - FOTO

20 May, 2019
05:21
4599

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə “Avropa Kuboku – 2019” yarışmasının növbəti mərhələsi keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub.

Oxu.Az xəbər derir ki, ölkəmizə yeganə medalı “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (-81 kq) qazandırıb.

Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə erməniəsilli rusiyalı idmançı Kareqin Şahlamcyana, növbəti mərhələdə isə Avstriyanı təmsil edən Saif-İslam İslamxanova qalib gəlib.

1/4 finalda daha bir rusiyalı cüdoçunu – Pavel Berlini mübarizədən kənarlaşdıran Murad yarımfinalda portuqaliyalı Miqel Alveşi məğlub edərək finala yüksəlib. Finalda cüdoçumuzun rəqibi rusiyalı Turpal Tepkayev olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı Murad ipponla yekunlaşdırıb və qızıl medala layiq görülüb.

Azərbaycan komandası əldə etdiyi bir qızıl medalla turnirdə kişilər arasında üçüncü, ümumi hesabda beşinci pillədə yer alıb. Birinci yeri Rusiya (10 qızıl, 8 gümüş, 14 bürünc medal), ikinci yeri Belarus (1 qızıl, 1 gümüş, 1 bürünc medal), üçüncü yeri isə Fransa (1 qızıl, 1 gümüş medal) komandası tutub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri