27 
May
2019
12:09
198
28
2453
Virtual karabakh

Britaniya səfiri: Azərbaycan bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir

27 May, 2019
12:09
2453

Britaniya səfiri: Azərbaycan bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəsi var.

Oxu.Az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakı Avropa Liqasının final matçının keçirilməsinə ciddi hazırlaşıb:

“Təhlükəsizlik məsələlərinə gəlincə, təcrübəyə uyğun olaraq, ölkə bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir. Azarkeşlər artıq Azərbaycanla, Bakı ilə və fantastik stadionla tanış olublar”

Səfir əlavə edib ki, Bakıda möhtəşəm oyun keçəcək və hər kəs bundan zövq alacaq:

“Mənim ailəm, dostlarım buraya gəliblər. İctimai nəqliyyatda gedərkən durub yer verirlər.  Biz hər zaman insanların səmimi münasibətini görmüşük. Azərbaycan xalqının istiliyini və qonaqpərvərliyini hər zaman hiss edirik.

Biz “Arsenal” və “Çelsi” klubları, AFFA, eləcə də çoxlu sayda azarkeşlərin Bakıya gəlişini təmin etmək məqsədilə London polisi ilə sıx əməkdaşlıq edirik. Böyük Britaniyadan Bakıya dörd çarter reysi təşkil olunacaq. Daha dəqiq informasiya bir qədər sonra olacaq. Adətən bu cür oyunlar zamanı klublar özləri çarter reyslərinin təşkili ilə bağlı özəl şirkətlərlə danışıq aparır və bu reyslər kiçik aeroportlardan həyata keçirilir”.

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri