30 
May
2019
02:02
528
91
23630
Virtual karabakh

“Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu - YENİLƏNİB + FOTO/VİDEO

30 May, 2019
02:02
23630

“Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda UEFA Avropa Liqasının finalçıları - İngiltərənin“Çelsi” və “Arsenal” komandalarının mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın ardından təşkil olunan mükafatlandırmaya UEFA-nın rəhbəri Aleksander Çeferin, AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər qatılıblar.

Ənənəyə uyğun olaraq, əvvəlcə matçın hakimləri xatirə medallarını alıblar. Daha sonra “Arsenal” heyəti gümüş, “Çelsi” kollektivi isə qızıl medalla təltif olunub.

Avropa Liqasının kubokunu isə Çeferin “Çelsi”nin kapitanları Qari Keyhill və Sesar Aspilikuetaya təqdim edib.

Qeyd edək ki, final matçı “Çelsi”nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

00:51

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində daha bir qol vurulub.

Oxu.Az xəbər verir ki, Eden Azar 72-ci dəqiqədə dublunu rəsmiləşdirib – 4:1.

00:26

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində daha bir qol vurulub.

Oxu.Az xəbər verir ki, “Çelsi” bu dəfə belçikalı Eden Azarla fərqi 3:0-a çatdırıb.

Daha sonra yenicə meydana daxil olmuş nigeriyalı Aleks İvobi möhtəşəm qolla fərqi azaldıb – 1:3.

00:19

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində daha bir qol vurulub.

Oxu.Az xəbər verir ki, “Çelsi”nin ispaniyalı futbolçusu Pedro Rodriqes hesabı 2:0-a çatdırıb.

00:08

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində ilk qol vurulub. 

Oxu.Az xəbər verir ki, “Çelsi”nin fransalı hücumçusu, “Arsenal”ın eks futbolçusu Olivye Jiru 49-cu dəqiqədə hesabı açıb.

23:48

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ilk hissəsi başa çatıb.

Oxu.Az xəbər verir ki, ilk hissədən sonra görüşdə hesab açılmayıb.

23:14

Bakıda keçirilən UEFA Avropa Liqasının “Çelsi” – “Arsenal” görüşü başlayıb.

Oxu.Az xəbər verir ki, görüşdə hələ hesab açılmayıb.

23:12

Bakıda keçirilən UEFA Avropa Liqasının açılış mərasimi baş tutub.

Xüsusi işıq effektləri  səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa edib və tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya da ehtiramın ifadəsi olub.

Mərasimin ən yadda qalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları altında “Çelsi” və “Arsenal” komandalarının nəhəng formalarının arenaya gətirilməsi olub.

Sonra kubok arenaya gətirilib və futbolçular meydana çıxıblar.

Oxu.Az xəbər verir ki, açılış mərasimində britaniyalı müğənni Conas Blu mahnı oxuyub.

22:08

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” komandaları start heyətlərini açıqlayıb.

Oxu.Az UEFA-nın rəsmi saytında yer alan “11-lik”ləri təqdim edir:

“Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Eynzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lakazet

“Çelsi”: 1. Kepa Arisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristensen, 30. David Luiz, 33. Emerson Palmyeri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Olivye Jiru, 10. Eden Azar

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri