İyl
2019
17:38
127
73
3796
Virtual karabakh

Boks millimizin baş məşqçisi səhhəti ilə bağlı istefa verdi - YENİLƏNİB

9 İyl, 2019
17:38
3796

Boks millimizin baş məşqçisi səhhəti ilə bağlı istefa verdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefası ilə bağlı Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Oxu.Az xəbər verir ki, məlumatda məşqçinin istefa ərizəsi ilə federasiya rəhbərliyinə müraciət etdiyi təsdiqlənib.

Belə ki, çalışdırıcı istefa səbəbini səhhəti ilə əlaqələndirib. V. Şirinovun istefası ilə bağlı müraciətinə Azərbaycan Boks Federasiyasının rəhbərliyi baxaraq, qərar verəcək.

Qeyd edək ki, V.Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunub. O, bunadək son iki ildə gənclərdən ibarət millimizi çalışdırıb.

16:16

Azərbaycanın boks millisinin baş məşqçisi Vaqif Şirinov istefa verib.

Oxu.Az-ın xəbərinə görə, bunu təcrübəli mütəxəssisin özü şəxsi “Facebook” səhifəsində elan edib.

Qeyd edək ki, 2017-2019-cu illərdə gənclər millimizdə baş məşqçi işləmiş V.Şirinov ötən ilin noyabrında əsas yığmaya çalışdırıcı təyin olunmuşdu. Onun rəhbərliyi altında gənclər millimiz Avropa çempionatında dörd qızıl, iki gümüş və beş bürünc medal qazanmışdı.

Boks millimiz yeniyetmələrin Olimpiya Oyunlarında bir bürünc medal qazanmışdısa, II Avropa Oyunlarında aktivimizə bir qızıl və bir bürünc medal yazılmışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri