13 
Noy
2019
13:17
360
19
3532
Virtual karabakh

Azərbaycanlı güləşçi İran çempionu oldu - FOTO

13 Noy, 2019
13:17
3532

Azərbaycanlı güləşçi İran çempionu oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın yunan-Roma güləşi üzrə klub çempionatı başa çatıb. 

Oxu.Az xəbər verir ki, Yəzd şəhərində keçirilən yarışda Eldəniz Əzizlinin heyətində yer aldığı “İran Mall” çempion olub.

Dünya və Avropa çempionumuz iki görüş keçirib. Pəhləvanımız əvvəlcə Mehriqan Cahangirini 8:0 hesabı ilə məğlub edib. Eldəniz daha sonra Masib Əkbəriyə gücünü göstərib – 10:2.

Qeyd edək ki, bu komanda 5-6 dekabrda Tehranda keçiriləcək klublararası dünya çempionatında İranı təmsil edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri