Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
Turun mərkəzi görüşü Londonda baş tutub.
Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” onun keçmiş tələbəsi Frenk Lempardın çalışdırdığı “Çelsi” ilə üz-üzə gəlib. Görüş “mavilər”in qələbəsi ilə yekunlaşıb.
“Mançester Yunayted” isə səfərdə autsayder “Uotford”a məğlub olub.
İngiltərə Premyer Liqası
18-ci tur
22 dekabr
“Uotford” – “Mançester Yunayted” - 2:0
Qollar: Sarr, 50. Dini, 54-pen.
“Tottenhem” – “Çelsi” - 0:2
Qollar: Villian, 12; 45+4-pen.