“Sabah” klubu üçüncü futbolçusu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevlə yeni anlaşmaya ehtiyac duyulmayıb.
Xatırladaq ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə Təhsil Nazirliyinin komandasında 42 oyun keçirib, bir qol vurub.
Qeyd edək ki, “Sabah” daha əvvəl Vadim Abdullayev və Kərim Diniyevlə yollarını ayırmışdı.