25 
Avq
2020
16:28
733
27
4294
Virtual karabakh

“Formula-1”: Azərbaycanda ləğv olundu, Türkiyədə bərpa edildi

“Formula-1”in builki yarış təqviminə Türkiyə Qran-Prisi əlavə olunub.

“Formula-1”in saytı xəbər verir ki, 13-15 noyabrda İstanbul Park adlanan yarış yerində Türkiyə Qran-Prisi keçiriləcək.

Bu, 2005-2011-ci illərdə Türkiyədə keçirilmiş yarışın bərpa olunması deməkdir.

Bəhreyndə isə iki Qran-Pri baş tutacaq.

Beləliklə, bundan sonra ilin sonunadək bu yarışlar Belçika (28-30 avqust), İtaliya (4-6 və 11-13 sentyabr), Rusiya (25-27 sentyabr), Almaniya (9-11 oktyabr), Portuqaliya (23-25 oktyabr), İtaliya (31 oktyabr – 1 noyabr), Türkiyə (13-15 noyabr), Bəhreyn (27-29 noyabr və 4-6 dekabr) və BƏƏ-də (11-13 dekabr) keçiriləcək.

Xatırladaq ki, bu il pandemiya səbəbindən Azərbaycan Qran-Prisi ləğv olunub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri