Azərbaycan təmsilçiləri Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarında qadın fiqurlu konkisürənlərin yarışı başa çatıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova sərbəst proqramda buz üzərinə 10-cu çıxıb. Onun çıxışı 118,15 balla qiymətləndirilib.
İlk çıxışında 61,82 xalla 16-cı olan Ryabova iki hərəkətin yekununda 179,97 xal toplayıb. O, Olimpiadanı 15-ci yerdə başa vurub. Bununla da millimiz Pekin-2022-də çıxışını bitirib.
Qeyd edək ki, 2 idmançı ilə Pekinə yollanan Azərbaycan yığmasının digər təmsilçisi Vladimir Litvintsev kişi fiqurlu konkisürənlərin mübarizəsində 18-ci olub.