22 
Mar
2023
13:21
84
8
1619
Virtual karabakh

UEFA-dan azərbaycanlı hakimə növbəti təyinat

22 Mar, 2023
13:21
1619

UEFA-dan azərbaycanlı hakimə növbəti təyinat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi növbəti oyun bəlli olub.

O, 6-cı qrupun III turundakı Latviya - İsrail matçında əsas hakim olacaq. Məsiyevə digər həmyerlimiz Pərvin Talıbov və polşalı Mixal Sobçak laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını digər polşalı Patrik Qrıtskeviç yerinə yetirəcək.

Martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçirilir. Məsiyev bu gün İsrail - Polşa oyununda da iş başında olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri