19 
Fev
2024
21:56
212
7
1430
Virtual karabakh

Polis baş-leytenantı Avropa çempionu oldu

19 Fev, 2024
21:56
1430

Polis baş-leytenantı Avropa çempionu oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Oxu.Az xəbər verir ki, milli üzvü 109 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Dadaşbəyli birdənqaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub. Atletimiz təkanlaqaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.

Toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, D.Dadaşbəyli polis baş-leytenantıdır. 

Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri