Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən VI İslam Həmrəyliyi Oyunları Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) üçün çətin keçib.
Oxu.Az xəbər verir ki, idmançı bu barədə "Report"a açıqlama verib.
O, təəssüratlarının çox yaxşı olduğunu bildirib:
"Fikirlərimi sözlə ifadə edə bilmərəm. İslamiadanın açılış mərasimində bayraqdar idim. Bu, karyeram üçün böyük uğurdur. Çox çətin yarış keçdi. Rəqiblərim Yay Olimpiya Oyunlarının və dünya çempionatlarının mükafatçıları idilər. Onlardan geri qaldığımı düşünmürəm. Mənim üçün möhtəşəm turnir oldu. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu, bütün Azərbaycanın uğurudur".
Qeyd edək ki, Dadaş Dadaşbəyli İslamiadada iki gümüş medal qazanıb.