Mar
2019
16:03
82
25
2754
Virtual karabakh

Azərbaycanda ekoturizm konsepsiyası hazırlanacaq

1 Mar, 2019
16:03
2754

Azərbaycanda ekoturizm konsepsiyası hazırlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qısa müddətdə ekoturizm konsepsiyası hazırlanacaq.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, konsepsiya iki ay ərazində hazırlanacaq:

“Azərbaycanda ekoturizm konsepsiyasının hazırlanması istiqamətində xarici ekspertlərlə birlikdə işlər aparılır. Dövlət Turizm Agentliyinin dəvətilə bu yaxınlarda ölkəmizə gələn xarici ekspert Milli parklarımızla tanış olub. Apreldə ölkəmizə Çexiyadan ekspert gələcək. O bizə Milli parklarımızda nişanlama işlərinin aparılmasına yardım edəcək”. 

Hikmət Əlizadə qeyd edib ki, Azərbaycanda ekoloji turizmə maraq artır:

“Ölkəmizdə ekoloji turizmin inkişafı üçün potensial var. Milli parklara giriş iki manatdır. Milli parklarda bəzi xidmətlər pulludur”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri