Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Milli Qəhrəmanın doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədovun doğum günüdür.
Oxu.Az-ın məlumatına görə, Rafael Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub.
1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirib. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edib.
Rafael Əsədov 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəydə hərbi əməliyyatların fəal iştirakçısı olub.
1992-ci il noyabrın 12-də Ağstafada əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 202 saylı fərmanı ilə Əsədov Rafael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
E.Ə.
www.oxu.az
"Ağdam" teqi üzrə xəbərlər
- Sakinlər üçün bütün şərait YARADILDI: Ağdamda həyata keçirilən layihələr hansılardır?
- Uzunqulaq əti insanlara qida kimi təklif edilir? - Xəbərlərin 20:00 buraxılışı
- Ağdamdan SON GÖRÜNTÜLƏR: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq
- İki nəfərə bıçaqla xəsarət yetirərək qaçan kollec tələbəsi saxlanılıb
- Ağdamda tikinti şirkətinin əməkdaşları QƏZAYA DÜŞDÜLƏR