Ermənistan silahlı qüvvələri artıq hərbçi qıtlığından əziyyət çəkir.
Bunu indi göstərəcəyimiz video da təsdiqləyir. Həmin videoda Azərbaycan Ordusuna qarşı atılan artilleriya atışı zamanı topdan istifadə üçün azyaşlının əməyindən istifadə olunduğu görünür.
Bu isə uşaq əməyinin qanunsuz olaraq hərbdə istismarı deməkdir. Bu görüntü ilə Ermənistanın Uşaq hüquqları üzrə BMT Konvensiyasının və UNICEF-in Paris Konvensiyasının normalarını pozduğu bəlli olur.
Qeyd edək ki, biz əvvəllər də Ermənistanın siyasi-hərbi rəhbərliyinin nasist Almaniyası ilə oxşar xarakterdə olduğunu bildirmişik. Məhz II Dünya Müharibəsi zamanı uduzan Adolf Hitler cəbhəyə azyaşlıları və qadınları çağırmaqla yadda qalmışdı.
Ermənistan silahlı qüvvələri artıq hərbçi qıtlığından əziyyət çəkir.Bunu indi göstərəcəyimiz video da təsdiqləyir. Həmin videoda Azərbaycan Ordusuna qarşı atıla...
Səbuhi Musayev
Rəylər