11 
Dek
2020
20:11
1195
57
26106
Virtual karabakh

Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA

11 Dek, 2020
20:11
26106

Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük müharibə başa çatdı. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın iştirakı ilə Bakıda Azadlıq Meydanında qalib və müzəffər Ordumuzun Zəfər Paradı keçirildi.

Burada II Qarabağ Müharibəsində iştirakı olan generallar yürüş etdilər. Zəfər Paradından sonra belə bir sual yaranıb. Azərbaycanda Ordu generalı olacaqmı?

Oxu.Az-ın bu sualına hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev cavab verdi. Onun sözlərinə görə, hazırkı ştata vəzifə bölgüsünə görə bu rütbə yalnız Müdafiə nazirinə verilə bilər:

“Bu rütbəni yalnız Müdafiə naziri ala bilər. Onun müavinləri və digər hərbçilər bu rütbəni ala bilməz. Çünki onların ştat üzrə tutduqları vəzifə bu rütbənin onlara təqdim edilməsinə imkan vermir.

Şuşa və Cəbrayılın alınmasında müstəsna xidməti olan Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev bu ada layiqli bir insandır. Lakin onun ştat üzrə rütbəsi general-leytenantdır. 18 il general-mayor rütbəsi daşıyan Hikmət Mirzəyev növbəti rütbəyə Vətən müharibəsi zamanı layiq görüldü. 

İndiyə qədər Ordu generalı rütbəsi Azərbaycanda heç kimə verilməyib. Bu rütbənin verilməsi Prezidentin qərarından asılıdır. Bu rütbəyə qoşunların idarə edilməsində və ciddi nailiyyətlərin əldə olunmasında müstəsna xidmətləri olan şəxs layiq görülə bilər”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri