Fev
2021
21:34
26
636
11962
Virtual karabakh

İtkin sayılan şəxs Cəbrayılda minaya düşübmüş - RƏSMİ + VİDEO

7 Fev, 2021
21:34
11962

İtkin sayılan şəxs Cəbrayılda minaya düşübmüş - RƏSMİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev rayon polis şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, rayon sakinləri İlqar Əhmədovun və Müstəqim Ələsgərovun itkin düşmələri barədə məlumat verib.

Cəbrayıl Rayon Prokurorluğundan bildiriblər ki, məlumat əsasında aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar olunub.

Hazırda digər şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri