24 
Avq
2023
16:02
64
171
2397
Virtual karabakh

Daşaltı şəhidi 31 il sonra Xaçmazda dəfn olunub - YENİLƏNİB + FOTO/VİDEO

24 Avq, 2023
16:02
2397

Daşaltı şəhidi 31 il sonra Xaçmazda dəfn olunub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Adil Kamal oğlu Niftəliyev Xaçmaz rayonunda dəfn olunub.

“Report”un Şimal bürosu xəbər verir ki, şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında ata və anasının dəfn olunduğu Dədəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidin tabutuna sarılmış üçrəngli bayrağı A.Niftəliyevin qardaşına təqdim edib.

Qeyd edək ki, Xaçmaz rayonunun Kiçik Baraxum kənd sakini, 1966-cı il təvəllüdlü Adil Kamal oğlu Niftəliyev birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

2020-ci il noyabrın 9-da Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Niftəliyevə məxsus olduğu təsdiqlənib.

14:58

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Adil Kamal oğlu Niftəliyevlə vida mərasimi keçirilir.

“Report”un Şimal bürosu xəbər verir ki, vida mərasimi Xaçmaz rayonunun Kiçik Baraxum kəndində keçirilir.

Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

O, Dədəli kənd qəbiristanlığında ata və anasının məzarlarının yanında dəfn ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri