Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür](https://images.oxu.az/2015/10/31/09/36/58/297/unnamed (4):1200.jpg)
Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Oğuz rayonu Xaçmaz kəndində anadan olub.
1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalı Sarıcalar kəndinə köçüb, sonradan Bakıya qayıdıb işləməyə başlayıb.
1992-ci il martın 17-də Koroğlu Rəhimov könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılır. 1992-ci il aprelin 30-da Koroğlu Rəhimov “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir.
Goranboy rayonunun Buzlaq, Çantaz, Erkəc kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsil qəhrəmanlıq göstərir. Daha sonra Başkənd, Madagiz, Gülüstan kəndlərinin düşməndən azad edilməsində iştirak edir.
1992-ci ilin iyulun 3-də Koroğlunun komandir olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu, Koroğlunun son döyüşü olur. O, Ağdərə yaxınlığında gedən döyüşdə həlak olur.
Azərbaycan Prezidentinin sərəncamı ilə, 1994-cü il sentyabrın 16-da Koroğlu İsmayıl Oğlu Rəhimova Azərbaycan Respublikasının Milli Qəhrəman adı verilib.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır. Bakıda adına park salınıb, büstü qoyulub.
Ailəli idi, üç övladı var.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
- Azərbaycanda yeni hava limanı tikilir: İşlər nə yerdədir?
- Bakıda tıxacın qarşısını almaq üçün çəkiləcək yeni yolların SİYAHISI
Rəylər