19 
Dek
2016
18:35
191
29
2981
Virtual karabakh

Nursultan Nazarbayev Qazaxıstan parlamentinin azərbaycanlı deputatını təltif edib

19 Dek, 2016
18:35
2981

Nursultan Nazarbayev Qazaxıstan parlamentinin azərbaycanlı deputatını təltif edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin parlamentinin azərbaycanlı deputatı Məhərrəm Məhərrəmovu təltif edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Qazaxıstan parlamentinin azərbaycanlı deputatı M.Məhərrəmov N.Nazarbayevin fərmanına əsasən, “Əmək fəaliyyətində fərqlənməyə” görə və “Qazaxıstan Respublikasının 25 illiyi” ilə bağlı yubiley medalları ilə təltif edilib.

Qeyd edək ki, babaları 1937-ci ildə Azərbaycandan Qazaxıstana sürgün edilən M.Məhərrəmov Qazaxıstanın Taldıkurqan şəhərinin Koksu rayonunda doğulub. Bu il keçirilən parlament seçkilərində qalib gələn 45 yaşlı M.Məhərrəmov Parlament Məclisində təmsil olunan ilk azərbaycanlı deputatdır. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri