Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Makron seçkilərdə qələbə qazanıb – YENİLƏNİB
“En Marche!” (“İrəli!”) hərəkatının lideri Emmanuel Makron Fransada prezident seçkilərinin ikinci turunda 66,06% səs toplayaraq qalib gəlib.
Oxu.Az xəbər verir ki, seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyi də bu məlumatı təsdiqləyib.
Məlumata əsasən, ümumlikdə, E.Makrona 20,7 milyon seçici səs verib.
Onun rəqibi “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 33,94% səs toplayıb.
Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb.
07.05.2017. 22.53
Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.
Oxu.Az APA-ya istinadən istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən “En Marche” Hərakatının lideri Emmanuel Makron 65,9% səslə öndədir. Onun rəqibi , “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 34,1% səs toplayıb.
Marin Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Makron Fransası beynəlxalq hüququ pozmaqda israrlıdır: Niyə Avropa Korsikaya missiya göndərmir?
- Cina Valderrama: "Qlobal Şimalın ayıracağı milyardlar, sadəcə, qırıntılardır"
- Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu
- Fransada solçular yenidən Makronun impiçmenti prosedurunu başladıblar
- Hulusi Kılıç: "Jozep Borrel Azərbaycana qarşı təbliğata görə cavab verməlidir"
Rəylər