İyl
2018
00:25
535
29
3933
Virtual karabakh

Ermənistanın sabiq müdafiə naziri həbs ediləcək

4 İyl, 2018
00:25
3933

Ermənistanın sabiq müdafiə naziri həbs ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerevan məhkəməsi Ermənistanın sabiq müdafiə naziri Mikael Aryutyunyanın həbsinə sanksiya verib.

Oxu.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə əlaqədar başlanmış cinayət işi üzrə axtarışda idi.

Xatırladaq ki, 2008-ci ilin fevralında prezident seçkilərində Serj Sarqsyana məğlub olan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları fevralın 20-dən Yerevanın mərkəzində mitinqlər təşkil etmişdilər.

Sonradan mitinqlər martın 1-2-də asayiş keşikçiləri ilə toqquşmalarla davam etdi. Nəticədə 10 nəfər həlak oldu, 200 nəfər isə yaralandı.

Məhz bu hadisələrə görə general-polkovnik Aryutyunyanı həbs etmək haqqında qərar verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri