Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müharibənin ayırdığı ana-oğul 68 il sonra qovuşdu - FOTO/VİDEO
92 yaşlı Li Keum-seom Koreya müharibəsində dörd yaşlı oğlunu Şimali Koreyada qoymağa məcbur olub. 65 il sonra o, oğluna qovuşub.
Oxu.Az “Yonhap” agentliyinə istinadla xəbər verir ki, Koreya müharibəsi səbəbindən 60 il əvvəl bir-birindən ayrı düşən yüzlərlə Şimali və Cənubi Koreyadan olan şəxslərin görüşü üç gün davam edəcək.
Görüş bu gün Cənubi Koreyanın Kumqanq Dağı bölgəsində başlayıb.
Görüşə gələn şəxslərdən ən qocasının 101 yaşı olub. Onların arasında o zaman dörd yaşında oğlunu və ərini Şimali Koreyada qoyan Li Keum-seom da olub. Li indi 71 yaşı olan oğlunu görən zaman göz yaşlarını saxlaya bilməyib.
“Bu günün olacağını xəyal edə bilmirdim. Oğlumun sağ olduğunu da bilmirdim”, - Li deyib. Oğlu isə həyatdan köçən atasının fotosunu anasına göstərib.
Görüş əsgərlərin nəzarəti ilə 11 saat davam edib. Bu cür görüşlərin son 18 il ərzində 20 dəfə baş tutduğu bildirilib.
Samir İsayev
www.oxu.az
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreya müxalifəti müvəqqəti prezidentin impiçmentini təxirə salıb
- Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var
- Cənubi Koreya prezidentinin tərəfdarları və əleyhdarları Seulda etiraz aksiyası keçirdilər
- Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib
- Cənubi Koreyada ordunun baş qərargah rəisi həbs edildi
Rəylər