Rusiyalı şərhçi Dmitri Quberniyev "Match TV"də canlı efir zamanı "Zenit" klubunun tərkibində UEFA Kubokunun qalibi olan Vladislav Radimovu "arvadın sözü ilə oturub-duran ər" adlandırıb.
Bu barədə Oxu.Az Sport.ru-ya istinadən məlumat verir.
Radimov tennis mərkəzindən Rusiya Premyer Liqasının matçlarının təhlili üçün canlı yayıma qoşulub. Keçmiş futbolçu həyat yoldaşının iştirak etdiyi yarışa qatılıb - onun həyat yoldaşı padel (tennisin bir növü) oynayıb. Radimov bu barədə Quberniyevə bildirdikdə şərhçi cavab olaraq onu zarafatla "arvadın sözü ilə oturub-duran ər" adlandırıb. Onlar arasında belə bir dialoq baş tutub.
- Siz haradasınız?
- Mən Peterburqdayam, burada mənim həyat yoldaşım padel oynayır və mən burada azarkeş qismindəyəm.
- Tipik arvad sözünə baxan. Çox təşəkkür. Bu, Vladislav Radimovdur, hazırda uğurlu şəkildə həyat yoldaşının necə padel oynamağını izləyir.