12 
Sen
2018
15:57
232
51
4897
Virtual karabakh

Yaponiya Putinin sülh təklifini rədd etdi

12 Sen, 2018
15:57
4897

Yaponiya Putinin sülh təklifini rədd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya ərazi mübahisəsi həll olunmayana qədər Rusiya ilə sülh sazişi bağlamayacaq. 

Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, bu fikirləri Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa deyib. 

“Biz “şimal əraziləri” ilə bağlı mübahisəni həll etmək üçün danışıqları davam etdirəcəyik, torpaqlar qaytarıldıqdan sonra sülh sazişi bağlanacaq”, - o bildirib.

Siyasətçi əlavə edib ki, yapon tərəfi 2018-ci ilin sonunadək şərtsiz sülh sazişinin bağlanmasını təklif edən Rusiya prezidenti Vladimir Putinin hər açıqlamasını şərh etməyəcək. Putinin təklifinə əsasən, ölkələr sülh sazişindən sonra problemin həllini davam etdirə bilərlər. 

Bundan öncə Rusiyaya səfər edən Yaponiya baş naziri Sindzo Abe bəyan edib ki, Moskva və Tokio arasında sülh danışıqlarının olmaması anormal haldır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri