Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın infrastrukturunun bərpasında Türkiyənin yardımına ümid bəsləyir.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə dövlət başçısı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün yekunlarını şərh edərkən söyləyib.
Ukrayna prezidenti hazırda Türkiyədə iki günlük səfərdədir.
“Biz Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə yeni layihəni təsdiqlədik. Sözügedən layihə çərçivəsində Donbasın infrastrukturunun bərpası da nəzərdə tutulub.
Bu məsələdə Türkiyənin yardımına ümid edirik”, - Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında Poroşenko deyib.
Rəylər