15 
Dek
2018
07:18
26
66
7733
Virtual karabakh

Ən çox “dislayk” yığan video məlum oldu - VİDEO

15 Dek, 2018
07:18
7733

Ən çox “dislayk” yığan video məlum oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Youtube” videoportalında il ərzində baş vermiş əsas hadisələr haqqında hər il dərc olunan “YouTube Rewind” videosu rekord sayda “dislayk” toplayıb.

Oxu.Az xəbər verir ki, bu haqda “The Verge” nəşri məlumat yayıb.

Dekabrın 6-da portala yerləşdirilən 2018-ci ilin yekunlarına dair videoçarx  bir həftədən çox vaxt ərzində 11 milyondan çox dislayk yığıb. Yalnız 2,1 milyon istifadəçi videonu bəyənib. Ümumilikdə videoçarxa 125 milyon nəfər baxıb.

Texnobloqer Markes Braunli bildirib ki, videoicmalın bu qədər “bəyənməmə” toplamasına əsas səbəb “YouTube” idarəçilərinin ilin yekunlarına “videobloqerlərin yaratdığı real mədəniyyət nümunələri əvəzinə”, öz istədikləri materialları “sırıması”dır.

Qeyd edək ki, bundan əvvəlki “dislayk” anti-rekorduna kanadalı müğənni Castin Biberin “Baby” videoklipi imza atmışdı. Sözügedən videoklipə 2 milyard insan baxıb, onlardan 9.8 milyon nəfəri dislayk edib, 10 milyon nəfər isə videonu bəyənib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri