Fransa həbsxanalarında saxlanılan məhbusların sayı yenidən rekord həddə yüksəlib. Oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə məhbusların sayı 90 900 nəfərə çatıb.
Oxu.Az-ın "Agence France-Presse" (AFP) agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Ədliyyə Nazirliyinin hesabatında bildirilib.
Nazirliyin hesablamalarına əsasən, 2025-ci il oktyabrın 1-dən etibarən məhbusların sayı 7.2% artıb. Halbuki cəzaçəkmə müəssisələrindəki yerlərin sayı cəmi 1.5% artaraq 63 452-yə çatıb.
Qısamüddətli həbs cəzası çəkən və ya məhkəmə qərarını gözləyən şəxslərin saxlanıldığı həbsxanalarda orta doluluq səviyyəsi 178%-ə yüksəlib. Ölkə üzrə həbsxanaların ümumi doluluq göstəricisi isə 143.3% təşkil edib.