2018-ci ildə dünyada ölüm cəzalarının sayı təxminən 31 faiz azalıb.
Bu barədə “Amnesty İnternational” insan haqları təşkilatının rəsmi saytında hesabat dərc olunub.
Hesabata görə, 2018-ci il ərzində azı 690 nəfər edam olunub. Bu, son 10 il ərzində ən aşağı göstəricidir.
Ən çox edam halları Çin, İran, Səudiyyə Ərəbistanı, Vyetnam və İraqda qeydə alınıb.
Bu arada, İran, İraq, Pakistan və Somalidə ölüm cəzası daha nadir hal almağa başlayıb.
Məsələn, İranda edamların sayı 50 faiz azalıb. Digər yandan, Belarus, Yaponiya, Sinqapur, Cənubi Sudan və ABŞ-da ölüm cəzası hallarının artımı müşahidə olunur.
Hesabata görə, BMT-yə üzv olan 193 ölkədən 106-da ölüm cəzası tamamilə ləğv edilib, 36-da isə praktiki olaraq tətbiq olunmur.
Rəylər