Almaniyalı diş həkimi tarixdə ən uzun dişi çıxararaq “Ginnesin Rekordlar kitabı”na düşüb.
Bu barədə Almaniyanın “Frankfurter Neue Zeitung” nəşri yazıb.
Xəstə Millau Vodopillia üst çənəsindəki şiddətli ağrı şikayəti ilə həkim Maks Lukasa müraciət edib.
Həkim ağrıya səbəb olan dişi çəkmək məcburiyyətində qalıb. Dişin uzunluğunun 3,72 sm olduğu müəyyənləşib. Bu, indiyə kimi çəkilən ən uzun diş kimi “Ginnesin Rekordlar kitabı”na düşüb.
Qeyd edək ki, bundan əvvəlki rekord 2017-ci ildə Hindistanda qeydə alınmışdı, dişin uzunluğu 3,67 sm olmuşdu.
Rəylər