Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Jirinovski İrana məsləhət verdi: Liviya kimi olmaq istəmirsinizsə...
Rusiya Liberal Demokrat Partiyasının lideri qalmaqallı siyasətçi Vladimir Jirinovski yenə maraqlı açıqlamalarla diqqət çəkib.
Oxu.Az xəbər verir ki, rus siyasətçi öz “Telegram” kanalında paylaşım edərək İrana məsləhətlər verib.
Jirinovski qeyd edib ki, ABŞ-ın İran generalını öldürməsi bu ölkənin yaxın şərq haqqında işğalçı planlarından xəbər verir:
“ABŞ indi cəhd edir ki, Rusiya və Çinə də zərbələr endirsin. Onların məqsədi yaxın şərqdəki alovu regionun bütün dövlətlərinə yaymaqdır. İran isə bu ssenaridən qaçmaq istəyirsə, bizimlə iş birliyi etməlidir. Onlar bizə kömək üçün müraciət etməli, Rusiya isə Hind okeanı sahillərində hərbi-dəniz bazası, eləcə də hərbi hava və quru qoşunları bazaları yerləşdirməlidir.
Bundan əlavə, İrana hava hücumundan müdafiə qurğuları da sata bilərik ki, öz səmalarını düşməndən qoruya bilsinlər. Əgər bütün bunları eləsə, İran yaşayacaq, əks halda onu da Liviyanın taleyi gözləyir. Biz əlbəttə ki, bunu arzulamırıq”.
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər