Qazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpasına iyulun 1-dən sonra baxılacaq.
Oxu.Az bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
“Azərbaycan epidemioloji vəziyyətlə bağlı beynəlxalq uçuşlara 2020-ci ilin 1 iyuluna qədər məhdudiyyət qoyub.
Bununla əlaqədar olaraq, Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına göstərilən tarixdən sonra baxılacaq”, - açıqlamada qeyd olunur.
Rəylər