Okt
2022
01:45
76
115
3243
Virtual karabakh

Suyu oksigen və hidrogenə parçalayan maddə yaradıldı

4 Okt, 2022
01:45
3243

Suyu oksigen və hidrogenə parçalayan maddə yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alimlər su molekullarını hidrogen və oksigenə ayıra bilən maddə hazırlayıblar.

Bu barədə “Nature Catalysis” jurnalında məqalə dərc olunub.

Tədqiqat Almaniyanın Vürzburg Universitetindən Frank Vürthnerin rəhbərliyilə həyata keçirilib.

Onun tədqiqat qrupu illərlə bitkilərdə fotosintez zamanı suyun parçalanması ilə əlaqəli olan fotosistem-II-nin süni şəkildə çoxaldılması üzərində işləyir. Bir neçə il əvvəl onlar su molekullarını parçalaya bilən rutenium ionları və üzvi maddələr əsasında bir neçə müxtəlif molekullardan ibarət mürəkkəb kimyəvi sistem yaratmağa nail olublar.

Tədqiqatçılar suyu parçalamaq üçün ruteniumdan süni ferment hazırlamaq ideyası ilə çıxış ediblər. Təcrübələr göstərib ki, sintetik ferment həqiqətən də fotosistem-II kimi suyu aktiv şəkildə parçalaya bilir. Yaxın gələcəkdə alimlər bu fermentdən işıq enerjisindən istifadə edərək suyu parçalayan eksperimental qurğu yaratmaq üçün istifadə etməyi planlaşdırırlar.

Belə texnologiya hidrogen enerjisi üçün faydalı ola bilər, belə ki, hazırda hidrogenin əsas hissəsi təbii qazdan çıxarılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri