21 
Mar
2023
06:20
15
208
1467
yuxarı
ABŞ-də kişi sevgilisini oğurlayıb şkafda gizlətdi
21 Mar, 2023
06:20
1467
15
208
ABŞ-də kişi sevgilisini oğurlayıb şkafda gizlətdi
ABŞ-də kişi sevgilisini oğurlayıb və iki ay müddətində şkafda gizlədib.
Tennesi ştatının Dayesburq şəhər polisi məlumat yayıb.
Məlumatlara görə, 30 yaşlı Brenton Bell iki ay müddətində qadına az miqdarda qida verib və onu tualetə buraxmayıb. Kişi sevgilisinə yalnız gündə bir saat şkafdan çıxmaya icazə verirmiş.
Qadın yalnız iki ay sonra kişinin evindən qaçmağa nail olub və polisə müraciət edib.
Tibbi müayinə zamanı qadının üzündə çoxsaylı xəsarətlərin olduğu, özünü isə 45 kiloqrama qədər arıqladığı müəyyən edilib.
Bell hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Hadisənin səbəbləri məlum deyil.
Mənbə: Independent
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək