Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) doqquzuncu günündə Yaşıl Zonada "Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi" tədbiri baş tutub.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən tədbir Xəzər hövzəsinin təbii irsinin qorunub-saxlanmasına və Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsinə həsr olunub.
Məruzə ilə çıxış edən şəxslər ictimai ekoloji məsuliyyəti təşviq etməklə regionun ekoloji problemlərinin həllinə yönəlik fəaliyyətin effektivliyini önə çəkiblər.
Müzakirələrdə Xəzər dənizinin mühafizəsi və regionda ekoloji ittifaqın formalaşdırılması üçün innovativ yanaşmalar, birgə ekoloji strategiyalar və xüsusilə Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq mövzularına diqqət yetirilib.
Şəhriyar Səmədov
"COP29" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib"
- Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olacaq?
- Mehriban Vəliyeva: "Türk və müsəlman dünyası dövlətlərinin BMT TŞ-də təmsil olunmasına ehtiyac var"
- XII Qlobal Bakı Forumunun ilk gününün sonuncu panel müzakirəsi başa çatıb
- Azərbaycan XİN başçısı: "BMT TŞ-nin tərkibi 1940-cı illərin reallığını özündə əks etdirir"