Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ prokurorları Trampa mane olmağa hazırlaşırlar
Demokratlar Partiyasının güclü olduğu ABŞ-nin 6 ştatının baş prokurorları prezident seçkisində qalib gələn Donald Trampın qeyri-qanuni miqrantları kütləvi şəkildə ölkədən deportasiya etməsinin qarşısını almağa hazırlaşırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" yazır.
Bildirilir ki, Demokrat baş prokurorlar Trampın qeyri-qanuni mühacirləri kütləvi şəkildə deportasiya etməsinin qarşısını almaq üçün çoxlu sayda məhkəmə iddiaları hazırlayırlar.
Onların fikrincə, Trampın miqrantların kütləvi deportasiyası planlarını həyata keçirməsi ilə ən azı 4 milyon ailə ayrılacaq.
Nəşrdə yalnız beş ştatın - Nyu-Meksiko, Nyu-Cersi, Kolorado, Kaliforniya və Massaçusetsin adları qeyd olunur.
"Qeyri-qanuni miqrantlar" teqi üzrə xəbərlər
- Rusiyada miqrantların cəlb olunması üçün yeni ölkələr nəzərdən keçirilir
- ABŞ-nin vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqlayıb
- Ağ Ev qeyri-qanuni miqrantlara "Sevgililər Günü" açıqcası göndərdi
- Almaniyaya ən çox hansı ölkələrdən qeyri-qanuni miqrantlar gəliblər?
- Əllərində qandal, ayaqlarında zəncir: ABŞ-dən deportasiya olunanlarla təyyarədə qorxunc rəftar