Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə
"Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
"Report" xəbər verir ki, bankın Bərdə filialının mütəxəssisi M.Ə 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.
Bildirilib ki, o, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirib.
M.Ə-nin bu işdə bankın əməkdaşı olmayan tanışı Cahangir Əsədovla əlbir olduğu qeyd edilib. Onların ikisi də Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.
İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi istintaqı bitirərək işi hüquqi qiymət verilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Gəncədə 30 manata görə qətl törədən şəxsə 17 il həbs cəzası
- Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu
- Mərhum arvadını söyən həmkəndlisini bıçaqlayan şəxs həbs edildi
- "Qazaxlı Alik"in oğluna HÖKM OXUNDU
- Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU