Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları TƏSDİQLƏNDİ
Arbitrajla əlaqədar ərizələrə görə müəyyənləşən dövlət rüsumları təsdiqlənib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Arbitraj haqqında" qanunun icrası ilə əlaqədar beş məcəllə və altı qanunda dəyişikliyi təsdiq edib.
Qanunun icrası ilə əlaqədar "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat, arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 100 manat rüsum müəyyən edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib"
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- Prezidentin Mətbuat Xidməti XII Qlobal Bakı Forumundan videoçarx paylaşıb
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib