Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Abdullah Öcalan əfv olunacaq?
Türkiyə parlamentində (TBMM) hakim Ədalət və İnkişaf Partiyası (AKP) fraksiyasının sədri Abdullah Gülər son vaxtlar ictimaiyyətdə müzakirə olunan bəzi kritik məsələlərlə bağlı mühüm açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Xüsusilə terrorçu Abdullah Öcalanın ev dustaqlığına buraxılması iddialarına cavab verən Gülər, "Hazırda belə bir amnistiya gündəmimizdə deyil", - deyə cavab verib.
Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyətinin Abdullah Öcalanla İmralı həbsxanasında keçirdiyi görüşə də toxunan Gülər, "Türkiyənin mühüm məsələsinə çevrilmiş bu məsələnin həlli üçün münbit bir zəmin var. Hər kəsin bu işə xoş niyyətlə töhfə vermək üçün səylərini görürük", - deyə qeyd edib.
O həmçinin regional risklərə diqqət çəkib və sosial sabitliyin əhəmiyyətini vurğulayıb.

"Abdullah Öcalan" teqi üzrə xəbərlər
- PKK-nın ləğv edilməsi ilə bağlı qurultay keçirilə bilər - Tarixi proqnozlaşdırıldı
- Türkiyə silahı yerə qoymaq istəməyən PKK-çılara qarşı hərbi əməliyyat planı hazırlayır
- PKK atəşkəs elan etdiyini açıqladı: "Öcalanın çağırışına əməl edirik"
- Suriya Demokratik Qüvvələrinin başçısı Mazlum Abdi: "Öcalanın çağırışı bizə aid deyil"
- PKK-nın Suriya qolundan açıqlama: "Silahı yerə qoyacağıq"