Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Binəqədidə MTK sakinləri evlərinə həsrət qoyub? - Beş ildir kommunal ödəmirlər
Binəqədi rayonu, 7-ci mikrorayon, İlham Hacıyev küçəsi, 63 ünvanında yerləşən binanın sakinləri mənzil-tikinti kooperativinin (MTK) rəhbərliyindən şikayətçidirlər.
Onlar MTK-nın xidmətindən narazılıq bildirərək liftin kartla işləməsinin onlara çətinlik yaratdığını deyiblər:
"Camaat evinə qalxa bilmir. Deyirlər ki, guya bunu təhlükəsizlik üçün edirlər. Kartın qiyməti 7 manatdır. Pulu verib, kartı almaq istəyəndə deyirlər, kommunalını ödə. Bloklarımız baxımsız vəziyyətdə, qaraj suyun içindədir. Niyə pul ödəməliyik?!"
MTK sədri isə Baku TV-yə açıqlamasında bildirib ki, binanın sakinləri arasında bir neçə ildir kommunal ödənişləri etməyənlər var. Borcu olmayanların hamısına lift üçün kart verilib.
Ətraflı süjetdə:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Abşeronda 500-ə yaxın sakin çarəsiz vəziyyətdə: "Gərək araba alaq"
- "Yeni Klinika" əməkdaşlarının MAAŞLARI VERİLMİR: "Ödənişi qeyri-müəyyən vaxta qədər uzadıblar"
- Şirkət rəhbəri vətəndaşları necə aldadıb?
- Qobu qəsəbəsinin KEÇİLMƏZ YOLLARI: "Nəinki piyadaların, heç avtomobillərin hərəkəti MÜMKÜN DEYİL"
- Vətən müharibəsi iştirakçısı icra hakimiyyətindən şikayətçidir: "Mənə kömək edən yoxdur"