Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Cənubi Koreyada prezidenti həbs etməyə qoymayan mühafizə xidmətinin rəhbəri istefa verdi
Cənubi Koreya Prezident Mühafizə Xidmətinin rəisi Pak Çon Çjun istefa verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
Bildirilib ki, Koreya Respublikasının prezident səlahiyyətlərini icra edən Çxve San Mok istefanı qəbul edib.
Pak Çon Çjun hazırda polisə hökumət orqanlarının fəaliyyətinə maneə törətmə işi ilə bağlı ifadə verir.
Qeyd edək ki, yanvarın 3-də o, müstəntiqlərə prezidenti həbs etməyə imkan verməyib. Mühafizə xidməti ilə beş saat yarımlıq qarşıdurmadan sonra müstəntiqlər kompleksi tərk ediblər.
Xatırladaq ki, 2024-cü il dekabrın 3-də prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya casusluqda günahlandıraraq respublikada hərbi vəziyyət elan edib. Bir neçə saat sonra hərbi vəziyyət ləğv olunub. Dekabrın 14-də parlament ölkə başçısına impiçment elan edib.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada iki hərbi pilota qarşı ittiham irəli sürüldü
- Cənubi Koreyada bombalı insident: İki zabit vəzifədən uzaqlaşdırıldı
- Şimali Koreya Sarı dənizə doğru ballistik raket atdı
- ABŞ və Cənubi Koreya genişmiqyaslı hərbi təlimlərə başladılar
- Həbsdən azad edilən Yun Sok Yolu həbsxananın qarşısında çoxlu tərəfdarı qarşılayıb