Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Həbsdən azad edilən Yun Sok Yolu həbsxananın qarşısında çoxlu tərəfdarı qarşılayıb
Ötən gün məhkəmənin qərarından sonra üzərindən həbs cəzası götürülən Cənubi Koreyanın Prezidenti Yun Sok Yol bu gün həbsxanadan azad edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, prezident istintaq təcridxanasını tərk edərkən onu çoxlu tərəfdarı qarşılayıb.
"İlk növbədə, qanunsuzluğun aradan qaldırılmasında göstərdiyi cəsarət və qətiyyətə görə Seul məhkəməsinə təşəkkür edirəm", - deyə Yun Sok Yol vəkillərinin vasitəsilə ictimailəşdirdiyi bəyanatında yazıb.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar