Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ və Cənubi Koreya genişmiqyaslı hərbi təlimlərə başladılar
Cənubi Koreya və ABŞ silahlı qüvvələri martın 10-da "Freedom Shield" ("Azadlıq qalxanı") adlı genişmiqyaslı birgə təlimlərə başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib.
Məlumata görə, manevrlərin məqsədi müttəfiqlər arasında ahəngdarlığın artırılmasıdır. Təlimlərə təxminən 19 min Cənubi Koreya hərbçisi cəlb olunacaq. Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi tərəfindən daha əvvəl bildirildiyi kimi, tərəflər 16 irimiqyaslı səhra təlimi planlaşdırır ki, 2024-cü ildə onların sayı 10 olub. Təlimlər martın 20-də başa çatacaq. ABŞ və Cənubi Koreya bu təlimlərdə Moskva ilə Pxenyan arasında əməkdaşlığın nəzərə alınacağını da diqqətə çatdırıblar.
"Yonhap" agentliyi bildirib ki, martın 6-da səhvən kəndin bombalanması səbəbindən bu il canlı atəş təlimləri baş tutmayacaq. Belə ki, martın 6-da iki Cənubi Koreya qırıcı təyyarəsi səhvən yaşayış məntəqəsinə səkkiz bomba atmış və nəticədə 14-ü hərbçi olmaqla 29 nəfər yaralanmışdı.
Qeyd edilir ki, hazırkı təlimlərin ABŞ Prezidenti Donald Trampın ikinci administrasiyası dövründə ilk böyük təlimlər olacağı gözlənilir. "Freedom Shield" ilə yanaşı, Cənubi Koreya və ABŞ hər ilin avqust ayında "Ulchi Freedom Shield" təlimlərini də keçirirlər.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- "Le Figaro": "ABŞ-nin vitse-prezidentinin yaxın qohumu Ukrayna Silahlı Qüvvələrində döyüşüb"
- Şimali Koreya Sarı dənizə doğru ballistik raket atdı
- ABŞ və Rusiya nümayəndələri Səudiyyə Ərəbistanında görüşəcəklər
- ABŞ-də uşaqlara 312 milyon dollarlıq kredit verilib
- "Kəs səsini, kiçik adam!": Mask və Rubio Polşa XİN rəhbəri ilə mübahisə etdilər