17 yaşadək kişi futbolçulardan ibarət Azərbaycan millisinin heyəti bəlli olub.
Oxu.Az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmamız martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Millimiz martın 14-də, saat 13:00-da "Kapital Bank Arena"da "Sumqayıt"ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.
U-17 martın 15-dən 25-dək Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Yığmamız martın 19-da Bakı vaxtı ilə 18:00-da Albaniya, 3 gün sonra 15:00-da Uelslə qarşılaşacaq. Hər iki görüş "Elbasan Arena"da təşkil olunacaq.
| 1 | Rauf Əyyubov | "Sabah" |
| 2 | Elbrus Kərimov | "Marset" (İspaniya) |
| 3 | Murad Qurbanov | "Zirə" |
| 4 | Həzrət Səmədov | "Sabah" |
| 5 | Səttar Tahirzadə | "Marset" (İspaniya) |
| 6 | Tuncay Əhmədov | "Marset" (İspaniya) |
| 7 | Amin Rzayev | "Qarabağ" |
| 8 | Fərid Cabbarlı | "Zirə" |
| 9 | Nadir Nəsibli | "Marset" (İspaniya) |
| 10 | Muhamməd Çodarov | "Marset" (İspaniya) |
| 11 | Tunar Muradov | "Turan Tovuz" |
| 12 | Əli Qazibəyov | "Qarabağ" |
| 13 | İbrahim Babayev | "Servette 1890" (İsveçrə) |
| 14 | Vüsal Kərimov | "Neftçi" |
| 15 | Abdulaziz Cabbarlı | "Qarabağ" |
| 16 | Ariz Kərimov | "Qəbələ" |
| 17 | Tunar Rzayev | "Marset" (İspaniya) |
| 18 | İslam Həsənov | "Qrafisar" (Serbiya) |
| 19 | Əhməd Vəliyev | "Qarabağ" |
| 20 | Əli İbrahim | "Qarabağ" |