Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Lukoil"in rəhbəri dəyişdi
"Lukoil" neft şirkəti baş direktorunu dəyişmək qərarına gəlib.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Qərar direktorlar şurasının iclasında qəbul edilib. Şura Vadim Vorobyovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.
Yeni baş direktor "Lukoil"da Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezident vəzifəsini tutmuş Sergey Koçkurovdur.
Xatırladaq ki, yanvarın 10-da ABŞ Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Şirkətin təsisçisi Vahid Ələkbərovun oğlu Yusifə də məhdudiyyətlər qoyulub.
"Lukoil" teqi üzrə xəbərlər
- Vahid Ələkbərovun sərvəti artıb: Rusiyanın ən zəngin milyarderlərinin adları açıqlandı
- Ağa Musa Nağıyevin memarlıq irsi: Gəlir evləri və ictimai binalar
- Vahid Ələkbərovun oğlu "Spartak"ın Direktorlar Şurasını tərk edəcək
- Azərbaycanəsilli biznesmen Vahid Ələkbərov sərvətini artırdı
- Rusiyada "Lukoil"a məxsus neftayırma zavodunda yanğın başlayıb
Ən çox oxunanlar