Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: "Bütün arzularımız bu günü yaşamaq idi"
"30 ildir, bütün arzularımız bu günü yaşamaq idi, bütün arzumuz Qarabağ idi, bu gün arzularımızın çin olduğu gündür".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Məhəmmədəli Nəbi oğlu İsayev deyib.
O bildirib ki, ömrünün ən gözəl gününü yaşayır:
"Həmişə namazımızda, duamızda, arzularımızda, xəyallarımızda olub Cəbrayıl, Qarabağ. Bu gün bütün dualarımızın qəbul olduğu gündür. Sevincimizi sözlərlə ifadə etmək mümkün deyil.
Cəbrayıla köçəndən sonra Allah ömür versə, yaşayacağam, verməsə də, bu dünyadan gözüaçıq getməyəcəyəm. Ölsəm də, dərdim olmaz, dünyadan arxayın gedərəm.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır. Bu mərhələdə daha 32 ailə (153 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Daha 24 ailə Xocalının Ballıca kəndinə yola salınıb
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
- Ağdərəyə qayıdan keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib
- Keçmiş məcburi köçkün: "Bu gün mənim üçün həyatda ən xoş gündür"