Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nigeriyada dəhşətli cinayət: Ruhani müğənninin çantasında gənc qızın kəsilmiş başı tapıldı
Nigeriyanın Nasarava ştatında xristian ruhani musiqisi janrında ifa edən (qospel - red.) müğənni Timileyn Adcay insan qətlində və cəsədini parçalamaqda şübhəli bilinərək həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "BBC News" məlumat yayıb.
Xəbərə görə, Adcay öz şübhəli davranışı ilə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Daha sonra yoldan keçənlər onun çantasını görüb və polisə müraciət ediblər. Polis tez zamanda şübhəlinin üzərində axtarış aparıb və onun çantasında 24 yaşlı Salome Adaydu adlı qızın kəsilmiş başını tapıblar. Cinayətkarın evində qızın bədəninin digər hissələrinin də tapıldığı bildirilir.
Ölən şəxsin Milli Gənclik Xidməti Korpusunun üzvü olduğu qeyd edilir. Adaydunun rəfiqəsinin sözlərinə görə, qızın anası faciə xəbərini eşidəndən sonra huşunu itirib. Qadın yaxın zamanda ərini itirib və indi də qızından məhrum olub.
"Nigeriya" teqi üzrə xəbərlər
- Nigeriyada ağır qəza: Onlarla ölü və yaralı var
- Nigeriyada dini məktəbdə güclü yanğın: Çox sayda şagird ölüb
- Vaşinqtona uçan təyyarə təcili eniş etdi: 40-a yaxın şəxs xəsarət aldı
- Nigeriyada yanacaqdaşıyan avtomobil partladı: Azı 70 nəfər yanaraq öldü
- Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub